SON DƏQİQƏ

Abbas Lisani haradadır? – Son xəbər

Tarix:

2-02-2019, 20:16

/ 10 259 dəfə oxundu.
Abbas Lisani haradadır? – Son xəbər

Güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin saxlanmasından 18 gün keçməsinə baxmayaraq, İran təhlükəsizlik orqanları onun haqda məlumat verməkdən imtina edir.

GunAz.az xəbər verir ki, bu məsələ fəalın ailəsi və azərbaycanlı milli-mədəni fəalların narahatlığına səbəb olub.

Fəalın yaxınları bu müddətdə dəfələrlə Ərdəbil Mhkəməsinə müraciət edərək onun vəziyyəti haqda məlumat almaq istəyiblər, lakin onlara heç bir cavab verilməyib.

Bu müddətdə yalnız Təbrizin İnqilab Məhkəməsinə müraciət edildikdən sonra qısa məlumat verilib. Bildirilib ki, fəal yanvarın 15-də Təbriz Məhkəməsində mühakimə edildikdən sonra Ərdəbilə aparılıb, o, hazırda həbsxananın karantin bölümündə aclıq aksiyası keçirir.

скачать dle 12.1

Şərhlər