SON DƏQİQƏ
» » Özbəkistan Milli Mətbuat Agentliyi Azərbaycanla bağlı...

Özbəkistan Milli Mətbuat Agentliyi Azərbaycanla bağlı...

Tarix:

28-01-2019, 23:10

/ 10 205 dəfə oxundu.
Özbəkistan Milli Mətbuat Agentliyi Azərbaycanla bağlı...

Özbəkistanda Azərbaycanla bağlı keçiriləcək “İlin ən yaxşı məqaləsi və televiziya verilişi” müsabiqəsinə Özbəkistan Milli Mətbuat Agentliyi iştirak edəcək.

GunAz.az xəbər verir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovla bu ölkənin Milli Mətbuat Agentliyinin baş direktoru Abdusaid Koçimov arasında görüş keçirilib.Özbəkistan Milli Mətbuat Agentliyi Azərbaycanla bağlı...

Milli Mətbuat Agentliyində keçirilən görüşdə tərəflər iki ölkə arasında mətbuat -informasiya sahəsində əməkdaşlıq əlaqələri, ötən illərdə həyata keçirilən işlər, layihələr və gələcək əməkdaşlıq məsələlərini müzakirə etmişlər.

Özbəkistan Milli Mətbuat Agentliyinin baş direktoru Abdusaid Koçimov son zamanlar Özbəkistanda həyata keçirilən işlər, Özbəkistan-Azərbaycan dostluğu haqqında danışaraq, iki ölkə arasında sıx əməkdaşlıq əlaqələrinin mövcud olduğunu qeyd edib. O, Azərbaycan Milli Mətbuat Şurası, Azərbaycan Dövlət İnformasiya Agentliyi ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, bu istiqamətdə gələcəkdə Memorandumun imzalanması və s. məsələlər haqqında təkliflərini bildirib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafı barədə danışaraq iki ölkə arasında əlaqələrin inkişafında mətbuatın böyük rolu olduğunu qeyd edib.

S.Abbasov Azərbaycanın son illər əldə etdiyi nailiyyətlər, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin həyata keçirdiyi nəhəng layihələr barədə məlumat verib. Diplomat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı, bir milyon azərbaycanlının öz torpaqlarından qaçqın düşməsi və s. haqqında danışmış, Azərbaycan həqiqətlərinin dünyaya, qarşı tərəfə çatdırılmasında mətbuatın üzərinə böyük vəzifələr düşdüyünü qeyd edib.

S.Abbasov Özbəkistan Milli Mətbuat Agentliyinə Azərbaycan Milli Mətbuat Şurası, Azərbaycan Dövlət İnformasiya Agentliyi ilə əməkdaşlığa dair Memorandumun imzalanması təklifi məqsədi ilə müvafiq iş aparılacağını söyləyib. O, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən 2013-cü ildən hər il Azərbaycan haqqında, habelə Azərbaycan-Özbəkistan dostluğunun təbliğinə dair keçirilən “İlin ən yaxşı məqalə və televiziya verilişi” müsabiqəsində tərəfdaş kimi Özbəkistan Milli Mətbuat Agentliyinin iştirakı barədə təklif irəli sürüb və təklifi Özbək tərəfi qəbul edib.

S.Abbasov baş direktor A. Koçimova Azərbaycan Mədəniyyət Mərkəzinin həyata keçirdiyi digər nəşr layihələri barədə məlumat verərək, xalqımızın zəngin mədəniyyəti, qədim tarixini və istedadını nümayiş etdirən Azərbaycan xalçaçılıq məktəbinin şedevri olan “İrəvan xalçaları” kitabını hədiyyə edib, səmimi münasibət və yüksək qəbul üçün ona öz təşəkkürünü bildirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ