SON DƏQİQƏ
» » Alman kəşfiyyatı ölkədəki bütün türkləri izləyir

Alman kəşfiyyatı ölkədəki bütün türkləri izləyir

Tarix:

26-01-2019, 23:20

/ 10 352 dəfə oxundu.
Alman kəşfiyyatı ölkədəki bütün türkləri izləyir

Almaniya hökuməti bütün türklərin kəşfiyyatın nəzarəti altında olduğunu etiraf edib.

GunAz.az xəbər verir ki, türklərin nəzarət altında olması almaniyalı deputatların federal hökumətə göndərdiyi 23 maddəlik sual anketi nəticəsində üzə çıxıb.

Anketdə hökumətə “Alman hökuməti hansı Türk-Alman dərnək və təşkilatların fəaliyyətini izləyir?”, “Türkiyə Cümhuriyyətindən Almaniyaya sığınmaq üçün müraciət edən dövlət məmurlarının sayı nə qədərdir, peşələri nədir?”, “Dəyanət İşləri Türk İslam Birliyi (DİTİB)”, İslam Federasiyası kimi qurumların fəaliyyətləri kəşfiyyat orqanları tərəfindən izlənilirmi? və s. suallar ünvanlanıb.

Alman hökumətinin cavabları parlamentin internet saytında yayımlanıb.

Hökumət “Türkiyə ilə əlaqəli hansı qrup və qurumlar izlənilir?” sualına “Ülkücü Hərəkat, Milli Fikir Hərəkatı, Türk hizbullahı, MLKP, TKP, DHKP-C ve PKK” cavabını verib. İzlənilən təşkilatlar sırasında FETÖ-nün olmaması diqqət çəkib.

Anketlərdə qeyd edilən cavablar nəticəsində almaniyada sığıncaq istəyən heç bir FETÖ-çunun tələbinin rədd edilmədiyi bəlli olub.

Federal hökumət PKK-nı izlədiyini bildirsə də, Almaniyada yaşayan təşkilat üzvlərinin sayını açıqlamaqdan imtina edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ