SON DƏQİQƏ

Avakyanın abidəsi niyə 20 Yanvarda açıldı?

Tarix:

26-01-2019, 19:00

/ 10 272 dəfə oxundu.
Avakyanın abidəsi niyə 20 Yanvarda açıldı?

Terrorçu Avaqyana Axalkali bələdiyyəsi tərəfindən abidə qoyulması və bu mərasimin 20 yanvarda keçirilməsi ermənilərin növbəti məkrli planıdır.

GunAz.az bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Tahir Mirkişili deyib. O bildirib ki, məqsəd Azərbaycan və Gürcüstan arasında gərginlik yaratmaqdır:

“Bununla bağlı Azərbaycan XİN müvafiq tədbirlər görür. Düşünürəm ki, Gürcüstan dövlət orqanları belə məsələlərdə diqqətli və qətiyyətli olmalı, terrorçulara, separatçılara dəstək verənlərlə daha ciddi mübarizə aparmalıdır. Ümidvarıq ki, bu abidə götürüləcək və Azərbaycan-Gürcüstan dostluğu erməni düşmənçiliyinə qalib gələcək”.

Qeyd edək ki, Gürcüstanın Axalkalaki bələdiyyəsi tərəfindən Buqaşen kəndində həmin yaşayış məntəqəsində doğulmuş, Ermənistan ordusunun tərkibində Dağlıq Qarabağda Azərbaycana qarşı vuruşmuş, dinc azərbaycanlı əhalini qətlə yetirmiş “Kobra” ləqəbli terroçu Mixail Avaqyana abidə qoyulub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ