SON DƏQİQƏ
» » Məşhur investordan şok: Elə bir böhran olacaq ki... - ABŞ, Çin...

Məşhur investordan şok: Elə bir böhran olacaq ki... - ABŞ, Çin...

Tarix:

21-01-2019, 21:59

/ 10 173 dəfə oxundu.
Məşhur investordan şok: Elə bir böhran olacaq ki... - ABŞ, Çin...

2008-ci ildə baş verən qlobal iqtisadi böhrandan daha betəri gəlir.

GunAz.az xəbər verir ki, bu açıqlama ilə ABŞ-da yaşayan məşhur investor Cim Rocers çıxış edib.

"Yalnız ABŞ Mərkəzi Bankı son 10 ildə yatırdığı sərmayəni 500 faiz artırıb. On illərdir ki, borcu olmayan Çinin də artıq borcu var. Növbəti böhran uzun zamandır bazarda olan bəzi təşkilatları yox edəcək. Dünyanın ən sağlam iqtisadiyyatları belə çətinlik çəkəcək. Bu üzdən növbəti süqut mənim həyatımdakı ən pis böhran olacaq.

Bütün böyük ölkələr əziyyət çəkəcək. ABŞ problem yaşayacaq. Qərb ilə münasibətləri olan və yüksək səviyyədə borcu olan çinlilər əziyyət çəkəcək. Çin şirkətləri belə iflas edəcək. Əvvəllər böyük bəlada olan, büdcələrini aşan Almaniya şəhərləri də bu siyahıda var. Yaponiyanın çox böyük daxili borcları var, nəhəng daxili borclar və azalan bir əhali. Yəni böyük sürprizlər görəcəyik", - Rocers qeyd edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ