SON DƏQİQƏ

Qrip 18 can aldı - Qonşu ölkədə

Tarix:

18-01-2019, 16:45

/ 10 226 dəfə oxundu.
Qrip 18 can aldı - Qonşu ölkədə

Sameqrelo-Zemo Svaneti bölgəsində Zuqdidi xəstəxanasında 41 yaşlı kişi qripin ağırlaşması səbəbindən dünyasını dəyişib. Bu barədə Gürcüstanın ictimai televiziyası məlumat verib.

GunAz.az xəbər verir ki, təcili yardım xidməti yanvarın 10-da kişini xəstəxanaya çatdırıb.

Həkimlərin sözlərinə görə, onda ikitərəfli pnevmoniya müşahidə edilib. Xəstə reanimasiya şöbəsinə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Hazırda Zuqdidi xəstəxanasında daha 26 nəfər qrip virusu diaqnozu ilə müalicə olunur. Onlardan biri süni nəfəsalma aparatına qoşulub.

Zuqdididəki hadisə son aylarda “donuz qripi” adı ilə tanınan H1N1 virusu səbəbindən 18-ci ölüm halıdır.

Son rəsmi məlumata əsasən, stasionarda qripdən təqribən 800 xəstə müalicə olunur. Onlardan 42 nəfərinin vəziyyəti ağırdır və onlar reanimasiya şöbəsinə yerləşdiriliblər. Gürcüstan Səhiyyə Nazirliyindən verilən məlumata görə, qrip xəstələrinin sayı azalıb və 100 min nəfərə 253 xəstə düşür.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ