SON DƏQİQƏ

Qazaxıstanda helikopter qəzaya uğrayıb

Tarix:

17-01-2019, 18:48

/ 10 184 dəfə oxundu.
Qazaxıstanda helikopter qəzaya uğrayıb

Qazaxıstanın Almatı şəhərinin Tausamalı mikrorayonunda “Eurocopter 130” markalı helikopter yerə çırpılıb.

GunAz.az“RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan DİN-nin FH üzrə komitəsinin rəsmi nümayəndəsi Nursultan Nuraxmetov açıqlama verib.

“Alatau sanatoriyasının açıq sahəsində “Sky Service” aviaşirkətinə aid “Eurocopter 130” markalı şəxsi helikopter yerə düşüb. Yanğın baş verməyib. Helikopterin göyərtəsində olmuş 1968-ci il təvəllüdlü pilot təcili tibbi yardım maşınında keçinib”, - rəsmi nümayəndə bildirib.

Qəzanın səbəbi araşdırılır. Məlumata əsasən, helikopter Böyük Alma-Ata gölü istiqamətində uçub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ