SON DƏQİQƏ

ABŞ-da fövqəladə rejim elan oluna bilər

Tarix:

11-01-2019, 12:55

/ 10 238 dəfə oxundu.
ABŞ-da fövqəladə rejim elan oluna bilər

Amerika Birləşmiş Ştatlarının nüfuzlu respublikaçı senatoru Lindsi Qrem ölkənin prezidenti Donald Trampı ABŞ-da fövqəladə rejim elan etməyə çağırıb.

GunAz.az-ın məlumatına görə, senator hesab edir ki, konqresi Meksika ilə sərhəddə divarın tikintisini maliyyələşdirməyə vadar etmək üçün bu vacib addımdır.

“Prezident Trampın sərhədyanı divarın və ya baryerin salınması üçün öz fövqəladə səlahiyyətlərindən yararlanmasının vaxtı çatıb”, - deyə Qrem bildirib.

Qrem Ağ Ev rəhbərinin Konqresdəki ən yaxın müttəfiqlərindən sayılır.

Onun sözlərinə görə demokratlar sərhədyanı divarın inşasının maliyyələşdirilməsinə hər vəchlə əngəl olduqlarından konqresdə bu məsələ ilə bağlı konsensus əldə olunmur.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ