SON DƏQİQƏ
» » Meksika-ABŞ sərhədində yandırılmış 21 cəsəd aşkarlandı

Meksika-ABŞ sərhədində yandırılmış 21 cəsəd aşkarlandı

Tarix:

10-01-2019, 22:54

/ 10 234 dəfə oxundu.
Meksika-ABŞ sərhədində yandırılmış 21 cəsəd aşkarlandı

Meksikanın hökumət orqanları ABŞ ilə sərhəddə yerləşən Tamaulipas ştatında 21 yandırılmış cəsəd aşkar ediblər. Bu barədə “Excelsior” qəzeti məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, yandırılmış cəsədlər narkokartellərin münaqişəsinin qurbanlarıdır. Hadisə Tamaulipas ştatının Migel Aleman şəhəri yaxınlığında törədilib.

Tamaulipas ştatı narkotrafik sistemində əsas regionlardan biridir. Narkokartellər arasındakı münaqişələr səbəbindən orada tez-tez kütləvi qırğınlar törədilir. Hazırda ştatda üç kartel arasında mübarizə gedir.

скачать dle 12.1

Şərhlər