SON DƏQİQƏ
» » Suriya üzərində yeni oyunlar - Rusiya və İrana qarşı yeni blok – Şərh

Suriya üzərində yeni oyunlar - Rusiya və İrana qarşı yeni blok – Şərh

Tarix:

10-01-2019, 20:30

/ 10 292 dəfə oxundu.
Suriya üzərində yeni oyunlar - Rusiya və İrana qarşı yeni blok – Şərh

Zənnimcə, Suriya üzərində oyunların yeni mərhələsi başlayıb. Bu mərhələdə hansısa hərbi qarşıdurmadan söhbət gedə bilməz. Suriyanın yeni dövrdə siyasi quruluşu, yeni konstitusiyanın qəbulu, konstitusiya qəbulundan sonra keçid dövrünün elan edilməsi və bu keçid dövründə siyasi qüvvələrin yerləşdirilməsi, hansı siyasi qüvvənin ölkənin siyasi həyatına buraxılması kimi məsələlər hazırda Rusiya, Türkiyə, İran, ABŞ, Səudiyyə Ərəbistanı və hətta Fransa arasında ciddi müzakirə predmetinə çevrilib.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O qeyd edib ki, bu məsələdə həlledici rıçaqlar hələlik Rusiya və İranın əlində cəmləşib:

“Hələlik, ABŞ-ın oradan qoşun çıxarmaqla bağlı qərara qəbul etməsi, sonradan bunu tərəddüdlü şəkildə inkar etməsi özünü Suriya ətrafında gedən proseslərdə göstərməkdədir. Məsələn, Türkiyə xeyli fəallaşaraq PKK və YPG yaraqlılarına qarşı əməliyyata başlamaq istəyrdi. Ancaq belə görünür ki, hələlik ABŞ bu məsələdə Türkiyəni çəkindirən addımlar atmaqdadır. ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Ankaraya səfəri, bu səfər zamanı soyuq münasibətlə üzləşməsi iki ölkə arasında soyuq küləklərin əsməsinə gətirib çıxarıb. Rusiya bölgədə hegemon güc kimi çıxış etmək istəyir. Amma ABŞ və İsrailin güclü müqavimətinə rast gəlir. Üstəlik, Susiya məsələsində İranla Rusiya arasında da bir çəkişməni olduğunu sezməmək mümkün deyil. Hər iki dövlət Bəşər Əsəd üzərində təsirlərini artırmağa çalışırlar. İran açıq surətdə İraqdan keçən və artıq Suriyada möhkəmlənmiş şiə zolağını Aralıq dənizinə çıxarmaq istəyir. Bu da ciddi şəkildə ABŞ-ın, İsrailin və üstüörtülü şəkildə Rusiyanın müqavimətinə səbəb olur”.

Q.Hüseynli qeyd edib ki, bu şəraitdə indiyədək fəal oyunçu təsiri bağışlamayan Səudiyyə Ərəbistanı dinc dövrdə meydanın qızışdığını görərək yenidən bu proseslərə qatılmağa başlayıb:

“Budan əvvəl o, müharibədən sonrakı Suriyanın bərpası ilə əlaqədar olaraq bir xeyli vəsait ayıra biləcəyini vəd etmişdi. Yəqin ki, bu vəd Bəşər Əsəd rejimini xeyli şirnikləndirib. Üstəlik, Səudiyyə Ərəbistanı özünün Suriyada olan təmsilçilərinin, yəni yaraqlılarının da siyasi hakimiyyət bölgüsündə iştirakını təmin etməyə çalışır. Pul, Suriyanın yenidən qurulması ilə bağlı vəsait vədi Bəşər Əsədin iştahını artırıb və o, milli təhlükəsizlik nazirini Səudiyyə Ərəbistanına dəvət edib. Bu da böyük bazarlıqların başladığını göstərir”.

Politoloq əlavə edib ki, Bəşər Əsəd, həmçinin, Türkiyənin hədəfində olan kürdlərlə, yəni kürd yaraqlıları ilə də ciddi danışıqlara gedib:

“Kürdlərin artıq Bəşər Əsədin ordusuna qarışıb Türkiyəyə qarşı döyüşməsi, hətta Afrin və Menbiç bölgəsində mövqeləri qorumaq üçün Bəşər Əsədlə gizli sövdələşmələr aparılması barədə məlumatlar yayılmaqdadır. Bir sözlə, Suriya ətrafında siyasi gərginliyin artdığını şahidiyik və bunun hərbi gərgibnliklə siyasi gərginlik arasında bir addımlıq məsafə olduğunu da nəzərdən qaçırmamaq lazımdır”.

Qeyd edək ki, Suriyanın milli təhlükəsizlik naziri Səudiyyə Ərəbistanına səfərə dəvət edilib.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ