SON DƏQİQƏ

iPhone 2019-un yenilikləri bilindi

Tarix:

10-01-2019, 09:44

/ 10 282 dəfə oxundu.
iPhone 2019-un yenilikləri bilindi

ABŞ-ın "Apple" şirkəti "iPhone 2019" smartfonlarını ekrana qurulmuş barmaq izi sensoru və sürətli enerjidoldurma imkanına malik "USB-C" portu ilə təchiz etməyə qərar verib. "Atherton Research" şirkətinin analitiki Cin Baptist belə deyib.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, onun sözlərinə görə, həmçinin çərçivəsiz dizayna malik ekranda çıxıntının ölçüsü kiçildilib.
 
Məlumata görə, yeni "iPhone" smartfonlarının qiyməti əvvəlki kimi 1000 dolları ötəcək, halbuki "Android" əməliyyat sisteminin idarəetməsi altında işləyən bir sıra cihazlar öz funksionallığına görə "iPhone" smartfonlarını üstələyir.

скачать dle 12.1

Şərhlər