SON DƏQİQƏ
» » Türk ordusu hücuma keçir, biz təcili çıxmalıyıq - Polkovnik

Türk ordusu hücuma keçir, biz təcili çıxmalıyıq - Polkovnik

Tarix:

4-01-2019, 12:35

/ 10 211 dəfə oxundu.
Türk ordusu hücuma keçir, biz təcili çıxmalıyıq - Polkovnik

ABŞ ordusunun Suriyadan çıxmasından sonra Rusiya özünün regiondakı müttəfiqləri arasında seçim etməli olacaq.

Bunu "Foks Nyus" televiziyasına müsahibəsində ABŞ ordusunun ehtiyatda olan polkovniki Duqlas Makqreqor deyib.

"Rusiya uzun müddət İran, Türkiyə və Suriyadakı müttəfiqləri arasında münasibətləri bərpa etməyə çalışıb. ABŞ ordusunun buradan çıxarılması Rusiyanın tərəflər arasında seçiminə səbəb olacaq. Biz mümkün olduğu qədər tez bir zamanda Şimali Suriyadan getməliyik. Ona görə ki, burada kürd terrorçularına hücum etməyə hazır olan onminlərlə türk əsgəri var. Biz Suriya hökumətini buraya daxil olmağa məcbur etdik, özümüz isə gedirik. Putin seçim etməli olacaq. Əgər Rusiya Türkiyəni Suriya ərazisinə buraxsa, suriyalılar və İrana təsirini itirəcək", - deyə o bildirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ