SON DƏQİQƏ

Makron "sarı jiletlilər"dən danışdı

Tarix:

1-01-2019, 09:06

/ 10 237 dəfə oxundu.
Makron "sarı jiletlilər"dən danışdı

"Sarı jiletlilər"in nümayəndələri xalqın adından danışdıqlarını zənn edirlər. Lakin onlar xalqa yox, kin bəsləyən kiçik qruplara xitab edirlər.

Teleqraf.com xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron deyib.

Onun sözlərinə görə, onlar jurnalistləri, hüquq-mühafizə orqanlarını, əcnəbiləri, deputatları və bələdiyyə sədrlərini hədəf seçib.

Ölkə başçısı etirazlara səbəb olan problemlərin həlli üçün yanvardan etibarən Fransanın bir sıra bölgəsində fəaliyyətə başlayacaqlarını deyib. Makron hesab edir ki, bu, həqiqət barədə danışmaq üçün də fürsət olacaq.

Qeyd edək ki, Fransada yanacağın qiymətinin bahalaşmasına etiraz olaraq başlanan hərəkat "sarı jiletlilər" hərəkatı adlandırılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ