SON DƏQİQƏ

Ermənistanda hərbi hissədə oğurluq

Tarix:

31-12-2018, 10:47

/ 10 222 dəfə oxundu.
Ermənistanda hərbi hissədə oğurluq

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Ağdərə yaşayış məntəqəsində yerləşdirilən düşmən ordusunun bölmələrindən birində külli miqdarda mənimsəmə faktı aşkarlanıb.

GunAz.az xəbər verir ki, mayor Armen Qriqoryan yerli mətbuata açıqlamasında cinayət-istintaq qrupu tərəfindən üçüncü dağ atıcı alayında saxta sənədlər tərtib edilməklə yanacaq oğurlanması faktının üzə çıxdığını bildirib.

Xəbərdə qeyd edilib ki, oğurluğun həcminin böyük olması ilə əlaqədar polkovnik Ağacanyanın göstərişinə əsasən, faktın araşdırılması məqsədilə Avanesyan soyadlı müstəntiqin rəhbərliyi ilə xüsusi istintaq qrupu yaradılıb.

Faktla bağlı araşdırma davam edir.

скачать dle 12.1

Şərhlər