SON DƏQİQƏ

Çinin dollar sevgisi rəsmi Moskvani məyus etdi

Tarix:

30-12-2018, 23:30

/ 10 242 dəfə oxundu.
Çinin dollar sevgisi rəsmi Moskvani məyus etdi

Çin dünyanın gündəmindədir. Aparıcı media mərkəzləri az qala hər gün ABŞ-Çin ticarət müharibəsi haqqında yazır. Bəs, Çinin Rusiya ilə iqtisadi ilişkiləri hansı səviyyədədir? Bəlli olan odur ki, bu ölkələr arasında milli valyutaların qarşılıqlı mübadiləsi ilə bağlı 2014-cü ildən etibarən danışıqlar aparılırdı. Söhbət ondan gedir ki, hər iki dövlət qarşılıqlı ticarətdə bir-birinin milli valyutasından yararlana bilər. Yəni, ticarət mübadilə dollarla yox, yuan və rubl ilə dəyərləndirilsin. Amma uzun müddət davam edən danışıqlarda elə bir nəticə əldə olunmadı. Çin Rusiya ilə bu məsələylə bağlı memorandum imzalamaqdan belə imtina etdi. Rəsmi Moskva isə bunu artıq bitmiş məsələ sayırdı. Çinin Rusiyaya belə bir münasibət sərgiləməsinin səbəbi nədir?

Bəzi ekspertlər hesab edir ki, Rusiya iqtisadi və siyasi baxımdan iflasa uğramış ölkədir. ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyalarla bağlı Çin elə bir açıqlama verməsə də, de-fakto rəsmi Pekin həmin sanksiyalara qoşuldu. Çin bankları Rusiya bankları ilə valyuta əməliyyatları aparmaqdan imtina edir. Çin ilə Rusiya arasındakı ticarət mübadiləsi 2018-ci ildə 100 milyard dollardan bir qədər çox olub. O da aydın görünür ki, bu ölkələr arasındakı müqavilələrdə rubldan demək olar ki, istifadə olunmur.

Rusiya Çinə C-400 hərbi kompleksini satıb. Yalnız bu satış zamanı ödəniş dollarla olmayıb...

Rusiya rəsmilərinin bəyanatlarında isə dönə-dönə vurğulanırdı ki, bu ilin sonuna kimi bu ölkələr arasında dollarla ödəniş aradan qalxacaq. Rəsmi Pekinin düşüncəsinə görə, Rusiya milli valyutası çox sürüşkəndir və rubla etibar etmək olmaz.

Fakt odur ki, Çinlə Rusiya arasındakı ticarət ödənişlərinin 70 faizi dollarla, 2 faiz yuanla, 0 faiz isə rublla həyata keçir.

Çin üçün ideoloji baxımdan rəqib olan ABŞ-la ticarət aparmaq, “starateji müttəfiq” elan etdikləri Rusiya ilə ilişkilərdə olmaqdan daha önəmlidir. Çünki Amerika dəyərli valyuta, yeni iş yerləri deməkdir. Rusiya ilə isə kasıblara kömək etmək haqqında uzun-uzadı müzakirələr aparmaq olar...

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ