SON DƏQİQƏ

08:18

Tarix:

30-12-2018, 16:00

/ 10 198 dəfə oxundu.
08:18

"Paşinyanın oyuncaq bir lider olmasını artıq dünya ölkələri və ən əsası Rusiya yaxşı bilir”.

Bu sözləri GunAz.az-a Nikol Paşinyanın Rusiyaya səfərini şərh edən politoloq Ramiz Alıyev deyib.

O bildirib ki, Paşinyan Putinlə görüşdə ölkəsinin təhlükəsizliyi, əməkdaşlığı ilə bağlı bir neçə təşəbbüslə çıxış etsə də, hər biri yarımçıq qalıb: "Qarabağla bağlı söhbət olmayıb. Ölkə mediasında da bununla bağlı bildirirlər ki, Paşinyan Rusiyada çox hörmətsizcəsinə qarşılanıb və yola salınıb. İllər ərzində Ermənistana başçılıq edənlər arasında ilk hökumət başçısı idi ki, bu cür qarşılanıb yola salınırdı. Bu da ondan irəli gəlir ki, Paşinyan Qərbin hakimiyyətə gətirdiyi oyuncaq bir hökumət başçısıdır, bunu bütün dünya ölkələri və Ermənistan xalqı da bilir”.

Politoloq deyib ki, yəqin ki, bir neçə il ərzində Paşinyanın öz postundan ya istefa verəcək, ya da xalq onu yola salacaq:

“Seçki prosesində saxtakarlığa əl atan, qərəzli mövqe sərgiləyən, Qarabağla bağlı sərsəm çıxışları ilə yadda qalan ölkə başçısının ondan artıq qarşılanması gözlənilən hal deyildi.

Hesab edirəm ki, Paşinyanın bu sərsəm çıxışları, populist fikirlər səsləndirməsi, siyasətdənkənar və düşüncəsiz ifadələrdən istifadə edərək bəyanatlar verməsi Ermənistan vətəndaşlarının, eyni zamanda onunla müttəfiq ölkələrin də diqqətindən yayınmır. Bu adam sadəcə olaraq Qərb və Ermənistan lobbisi tərəfindən Ermənistana oyuncaq bir hökumət başçısı təyin olunub.

Putinin Paşinyanı aşağılamasının səbəbi də budur. Rusiya prezidentinin ona hörmətlə yanaşmaması normal qarşılanmalıdır. Paşinyana yaxın adamları belə hörmət eləmirlər. Çünki Paşinyan bir kukladır”.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ