SON DƏQİQƏ
» » Paşinyanın Putin qarşısında şok öhdəliklər

Paşinyanın Putin qarşısında şok öhdəliklər

Tarix:

29-12-2018, 10:32

/ 10 228 dəfə oxundu.
Paşinyanın Putin qarşısında şok öhdəliklər

Rusiya bu dəfə Ermənistanın qarşısında qoyduğu qırmızı cizgilərin sayını daha da artıb.

Bu sözləri Axar.az-a Ermənistanın baş nazir əvəzi Nikol Paşinyanın Moskvaya səfərini şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq Paşinyanın Moskvada bir sıra öhdəliklər götürdüyünü bildirib:

“Birincisi, Ermənistan ərazisində digər ölkələrin hərbi bazalarının və yaxud da silah laboratoriyalarının yerləşdirilməməsi ilə bağlı öhdəlikdir. Bu, Rusiya üçün ən önəmli məsələlərdən biridir. İkincisi, Ermənistan Rusiyanın forpostu missiyasını yerinə yetirməyə davam edəcəyini və ərazisindən hərbi-siyasi niyyətlərin həyata keçirilməsi üçün bir plasdarm kimi istifadə edilməsinə razılıq verib. Üstəlik, Paşinyan nə qədər xalq arasında demokratiya və insan haqlarından danışsa və ikili siyasət yürütməyə çalışsa da, Rusiyaya Qərblə əlaqələri minimal səviyyəyə endirəcəyi barədə vəd verib. Çünki Paşinyan Rusiya-Ermənistan münasibətlərinin strateji müttəfiqlik xarakteri daşıdığını və bu əlaqələrin yüksələn xətt üzrə inkişaf edəcəyini bildirib. Yəni Nikol birmənalı qaydada qəyyumunun Ermənistana nəzarət edəcəyini bəyan edib və Rusiyanın hakimliyini açıq qəbul edib”.

Politoloq Paşinyanın Köçəryan-Sərkisyan rejiminin qalıqlarına qarşı siyasət yürütməyəcəyini də deyib:

“Əminəm ki, Putin Paşinyandan Köçəryanın müəyyən bir müddət sonra sərbəst buraxılacağına və Qarabağ klanına qarşı hər hansı bir təhdid siyasətinin aparılmayacağına dair təminat alıb. Bir sözlə, Paşinyan bütün mövqelər üzrə Sərkisyandan daha çox Rusiyaya sadiq qalacaq. Bu da yəqin ki, Rusiyanı çox məmnun edib”.

Q.Hüseynli Moskvada Dağlıq Qarabağ məsələsinin də müzakirə edildiyini qeyd edib:

“Açıqlama verilməsə də, əminəm ki, Moskvada Qarabağla bağlı əsas cizgilər müəyyənləşdirilib və Putinlə razılaşdırılıb. Sadəcə olaraq bu barədə məlumat verilmir. Beləliklə, Paşinyan Putinin qarşısında kölə kimi öz üzərinə bütün lazımı öhdəlikləri götürüb. Nikolun Moskva görüşünün nəticələrindən sonrakı çıxışı da məhz bundan xəbər verir”.

Qeyd edək ki, dünən Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan Moskvaya səfər edib. Səfər zamanı o, Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ