SON DƏQİQƏ

ABŞ Türkiyə ilə razılığa gəldi

Tarix:

19-12-2018, 10:17

/ 10 196 dəfə oxundu.
ABŞ Türkiyə ilə razılığa gəldi

Dövlət departamenti ABŞ-la Türkiyə arasında “Patriot” zenit-raket kompleksinin satışı ilə bağlı 3,5 milyard dollarlıq sazişi təsdiqləyib.

GunAz.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu haqda Pentaqon bəyanat yayıb.

Türkiyə 20 buraxılış qurğusu və 80 qabaqlayıcı raketin alınması ilə bağlı ABŞ hökumətinə müraciət edib.

“Türkiyə öz raket əleyhinə müdafiə potensialının möhkəmləndirilməsi, öz ərazi bütövlüyünün qorunması və regional təhdidlərın qabaqlanması məqsədilə “Patriot” sistemindən istifadə edəcək.

Təklif edilən satış, türk hərbçilərin düşmən təcavüzündən qorunmaq və Türkiyə daxilində təlim keçə və hərəkət edə bilən NATO üzrə müttəfiqləri qoruması üçün müdafiə imkanlarını genişləndirəcək”, - deyə idarənin məlumatında bildirilir.

Qeyd edək ki, Pentaqon bu bəyanatı ABŞ və Türkiyə arasında bir sıra məsələlərdə hələ də gərginliklərin (xüsusilə Ankaranın Rusiyadan S-400 ZRK sistemlərini almaq məsələsində)  olması fonunda yayıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ