SON DƏQİQƏ
» » 13 yaşlı məktəbli ixtirasına görə 25 min dollar mükafat aldı

13 yaşlı məktəbli ixtirasına görə 25 min dollar mükafat aldı

Tarix:

19-12-2018, 08:45

/ 10 196 dəfə oxundu.
13 yaşlı məktəbli ixtirasına görə 25 min dollar mükafat aldı

Kaliforniyadan olan 13 yaşlı məktəbli Corciya Hatçinson günəşə tərəf avtomatik çevrilən günəş batareyalarının konseptini hazırldığı üçün “STEM Broadcom Masters” adlı müsabiqənin baş mükafatını (25 min dollar) əldə edib.

“Qafqazinfo” “Technote”yə istinadən xəbər verir ki, günəş batareyaları günəş enerjisinin elektrik enerjisinə çevrilməsi üçün əvvəllər də avtomatik şəkildə ultrabənövşəyi şüaların mənbələrini axtara bilirdilər.

Lakin bu halda onların çalışması üçün bahalı ötürücülərdən istifadə edilirdi. Bu isə öz növbəsində günəş panellərinin qiymətlərini qaldırırdı.

13 yaşlı məktəbli tərəfindən yaradılmış sistem sayəsində isə günəş panelləri lazımi işıq mənbəyini tapır. Panellər sistemin neyron şəbəkəsi real zaman ərzində günəşin vəziyyətini təyin edir və ən optimal əyilmə bucağını seçir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ