SON DƏQİQƏ

Rusiyada “Əbədi məşəl” söndürüldü

Tarix:

15-12-2018, 17:38

/ 10 358 dəfə oxundu.
Rusiyada “Əbədi məşəl” söndürüldü

Naməlum şəxslər Sankt-Peterburq şəhərindəki “Əbədi məşəl”i söndürüb. 

GunAz.az xəbər verir ki, bununla bağlı TASS agentliyinə şəhər polisindən məlumat verilib. 

Hadisə dünən gecə saatlarında baş verib. Faktla bağlı “Ölənlərin cəsədlərini və onların qəbir yerlərini təhqir etmək” maddəsi ilə cinayət işi başlanılıb. 

Qeyd edilib ki, hadisə bir qrup şəxs tərəfindən törədilib və hazırda onların axtarışı aparılır. 

Xatırladaq ki, bu memorial abidə Fevral inqilabının qurbanlarının xatirəsinə həsr olunub və “Əbədi məşəl” 1957-ci ildən burada yanır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ