SON DƏQİQƏ

Fransada etirazların “beşinci akt”ı

Tarix:

15-12-2018, 17:28

/ 10 219 dəfə oxundu.
Fransada etirazların “beşinci akt”ı

Fransada son şənbə günlərində olduğu kimi, bu şənbə də “sarı jilet”lilər etiraz aksiyalarına başlayıblar.

GunAz.az-ın Fransadan verdiyi məlumata görə, bugünkü etiraz aksiyaları “beşinci akt” adı ilə keçirilir, bu da etirazların beşinci dəfədir ki baş tutması ilə bağlıdır.

Artıq “sarı jilet”lilər Parisdə və digər şəhərlərdə toplanmağa başlayıblar.

Fransa mətbuatının verdiyi məlumatlara görə, əvvəlki etirazlarla müqayisədə, bu şənbə etirazlar daha sakit məcrada davam edir. Yoxlamalar zamanı artıq ona yaxın şəxsin saxlanıldığı bildirilir.

Misal üçün, ötən şənbə bu saat üçün 325 saxlanılma fatkı qeydə alınmışdı.

скачать dle 12.1

Şərhlər