SON DƏQİQƏ
» » Sərkisyan hələ də prezident imtiyazlarından istifadə edir

Sərkisyan hələ də prezident imtiyazlarından istifadə edir

Tarix:

13-12-2018, 20:46

/ 10 219 dəfə oxundu.
Sərkisyan hələ də prezident imtiyazlarından istifadə edir

Ermənistanın sabiq prezidenti Serj Sərkisyanın səsboğucu cihazla təchiz edilmiş avtomobilin müşayiətilə parlament seçkilərində səsverməyə gəlməsi geniş müzakirələrə səbəb olub.

GunAz.az xəbər verir ki, mühafizəçilərindən biri yolu kəsərək jurnalistlərin Sərkisyana yaxınlaşmasına və sual ünvanlamasına mane olub.

Erməni KİV-lərin yazdığına görə, Sərkisyanın hələ də prezidentə məxsus imtiyazlardan istifadə etməsi vətəndaşlar arasında çaşqınlıq yaradıb.

Vətəndaşlar Serj Sərkisyanın səsboğucu cihazla təchiz edilmiş avtomobillə hərəkət etmək hüququna malik olub-olmadığını və jurnalistlərin işinə əngəl yaratdıqlarına görə onun məsuliyyətə cəlb olunub-olunmayacağını sual ediblər.

Bildirilir ki, polis və ya rəsmi qurumların sözügedən situasiyaya hər hansı təpki göstərməməsi və ya izahat verməməsi ictimaiyyəti təəccübləndirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ