SON DƏQİQƏ
» » “Ən layiqli namizəd…” - Nazarbayevdən İrəvana tərs sillə

“Ən layiqli namizəd…” - Nazarbayevdən İrəvana tərs sillə

Tarix:

13-12-2018, 18:53

/ 10 261 dəfə oxundu.
“Ən layiqli namizəd…” - Nazarbayevdən İrəvana tərs sillə

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi postuna istədiyi namizədin adını açıqlayıb.

GunAz.az xəbər verir ki, dövlət başçısı bu postda Belarus Təhlükəsizlik şurasının başçısı Stanislav Zası görmək istədiyini bildirib.

Nazarbayev Belarus Prezidenti Aleksandr Lukaşenko tərəfindən irəli sürülən namizədi dəstəklədiyini diqqətə çatdırıb.

O, Stanislav Zasın peşəkar hərbçi olduğunu və bu posta ən layiqli namizəd olduğunu deyib.

Qeyd edək ki, rəsmi İrəvan KTMT-də rəhbərliyin hələ 2020-ci ilədək Ermənistanda qalmalı olduğunu bildirib.

Ermənistanda barəsində cinayət işi açıldığına görə, KTMT-nin baş katibi Yuri Xaçaturovun vaxtından əvvəl tutduğu postdan uzaqlaşdırılmasından sonra, dönəm rəhbərliyi İrəvandan alınıb. Lakin buna baxmayaraq, Ermənistan rəhbərliyi postun İrəvanda qalmasına təkid edir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ