SON DƏQİQƏ
» » Oliqarxlar milyonlarını Ermənistandan çıxarır – Şok səbəb

Oliqarxlar milyonlarını Ermənistandan çıxarır – Şok səbəb

Tarix:

11-12-2018, 21:16

/ 10 207 dəfə oxundu.
Oliqarxlar milyonlarını Ermənistandan çıxarır – Şok səbəb

“Rəsmi mənbələrə görə, təkcə bu ilin oktyabr ayında Ermənistandan xarici ölkələrə 121 milyon 461 min dollar çıxarılıb. Ümumiyyətlə, bu ilin on ayı ərzində 951 milyon 38 min dollar ölkədən çıxarılıb. Bu, keçən ilin eyni dövrünə nisbətən 171 milyon 842 min dollar çoxdur”.

Bu sözləri GunAz.az-a açıqlamasında BDU-nun Erməni araşdırmaları Elmi Tədqiqat və Tədris mərkəzinin rəhbəri İsmayıl Tanrıverdi deyib.

Onun sözlərinə görə, 2017-ci ilin yanvar - oktyabr aylarında Ermənistandan çıxarılan pulun miqdarı 779 milyon 196 min dollar olub:

“Maraqlı olan odur ki, bu il ölkədən çıxarılan kapital həcmi fevral ayında 99,8 milyon dollar, mart ayında 93,7 milyon dollar, aprel ayında isə 92,3 milyon dollar olsa da, sonrakı aylarda kəskin azalıb. 
Bu, Nikol Paşinyanın hakimiyyətə gəlməsi ilə əlaqədar olub. Lakin son vaxtlar ona ümidini itirənlər öz kapitallarını yenidən xaricə çıxarmağa üstünlük verib.

Bütün bunlar göstərir ki, keçmiş hakimiyyət üzvləri, əsasən də oliqarxlar yavaş-yavaş öz varidatlarını Ermənistandan xaricə çıxarmağa daha çox üstünlük verirlər”.

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ