SON DƏQİQƏ
» » Bakıda önəmli görüş - Gerasimov və Skaparrotti

Bakıda önəmli görüş - Gerasimov və Skaparrotti

Tarix:

11-12-2018, 20:15

/ 10 234 dəfə oxundu.
Bakıda önəmli görüş - Gerasimov və Skaparrotti

Sabah Bakıda NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı general Körtis Skaparrotti ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov arasında görüş keçiriləcək.

GunAz.az Azərbaycan Respublikası Prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev tərəfindən dekabrın 11-də Bakıda qəbul edilən Körtis Skaparrotti məlumat verib.

O, Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə dekabrın 12-də Bakıda keçirilməsi nəzərdə tutulan görüşə ev sahibliyinə görə dövlət başçısına minnətdarlığını bildirib.

K.Skaparrotti Bakının NATO-Rusiya formatında görüşünün keçirilməsi üçün tam münasib məkan olduğunu, Azərbaycanın artıq ikinci dəfədir ki, belə bir tədbirə ev sahibliyi etməsinin əhəmiyyətini vurğulayıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ