SON DƏQİQƏ
» » Ermənistanda seçki pozuntuları ilə bağlı cinayət işi açılmadı

Ermənistanda seçki pozuntuları ilə bağlı cinayət işi açılmadı

Tarix:

9-12-2018, 19:24

/ 10 244 dəfə oxundu.
Ermənistanda seçki pozuntuları ilə bağlı cinayət işi açılmadı

Ermənistanın İstintaq Komitəsi ölkədə keçirilən növbədənkənar parlament seçkilərində qeydə alınan qanun pozuntuları ilə bağlı cinayət işi qaldırmayıb.

GunAz.az xəbər verir ki, bu barədə jurnalistlərə İstintaq Komitəsinin Seçki Cinayətləri Departamentinin rəhbəri Kamo Saakyan bildirib.

"Saat 16:00-dək respublikanın İstintaq Komitəsinə bir şikayət daxil olub. O, baxılma mərhələsindədir. Hazırda cinayət işi qaldırılan iş yoxdur", - deyə o bildirib.

Daha əvvəl ölkənin Baş Prokuroluğundan bildirilib ki, qanun pozuntusu ilə bağlı 65 məlumata baxılır. Onlardan 32-də cinayət tərkibi var.(Report)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ