SON DƏQİQƏ

Sabiq müdafiə naziri Paşinyana meydan oxudu

Tarix:

9-12-2018, 15:04

/ 10 194 dəfə oxundu.
Sabiq müdafiə naziri Paşinyana meydan oxudu

Mən o Ermənistana səs verdim ki, heç kəsin ölkəni “ağlar”a və “qaralar”a bölmək kimi fikri olmayacaq. Hazırki vəziyyət daxili düşmənin formalaşmasına gətirib çıxarır.

GunAz.az xəbər verir ki, bu sözləri Ermənistanın keçmiş müdafiə naziri, Respublika Partiyasından deputatlığa namizəd Vigen Sərkisyan səsvermədən sonra jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, təmsil etdiyi partiya seçkilərə kifayət qədər az resursla qatılıb: “Seçkilər tələsik baş tutdu. Bizim namizədlərimizə qarşı təzyiqlər barədə dəfələrlə narahatlığımızı bildirmişik. Seçkidə açıq şəkildə pozuntular aşkar ediləcəksə, seçkinin nəticəsinə etirazımızı bildirəcəyik”.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ