SON DƏQİQƏ
» » Ukrayna-Rusiya arasındakı müqavilə ləğv edilməlidir? – Fərqli yanaşma

Ukrayna-Rusiya arasındakı müqavilə ləğv edilməlidir? – Fərqli yanaşma

Tarix:

6-12-2018, 19:40

/ 10 332 dəfə oxundu.
Ukrayna-Rusiya arasındakı müqavilə ləğv edilməlidir? – Fərqli yanaşma

"Ukrayna Azov dənizinin birgə istifadəsi ilə bağlı Rusiya ilə imzaladığı müqaviləni ləğv etməlidir. Çünki bu müqavilə mövcud reallığa uyğun deyil”.

GunAz.az xəbər verir ki, bunu rusiyalı politoloq Nikolay Starikov deyib.

Politoloq 2003-cü ildə imzalanmış anlaşmanın ABŞ gəmilərinin Rusiya sularına girməsinə mane olduğunu da diqqətə çatdırıb.

Starikov hesab edir ki, NATO öz gəmilərini Azov dənizinə göndərmək barədə qərarını çoxdan verib:

“Qənaətimə görə, Kiyevdə də bu müqaviləni ləğv etməyə yönəlik meyl yaranıb. Müqavilənin ləğv edilməsindən sonra Ukrayna “azad əl”ə çevriləcək. Buna görə də, NATO gəmilərinin Azov dənizinə göndərilməsi məsələsi artıq dəqiqləşdirilib. Hazırda bu qərar sənədləşdirilir. Bu baxımdan, Rusiya ilə imzalanmış sözügedən müqavilə ləğv edilməlidir”.

Amerika gəmilərinin Azov dənizinə daxil olmasına gəldikdə isə, hərbi ekspert Aleksandr Surkovun hesab edir ki, bu, Rusiyanın razılığı olmadan mümkün olmayacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ