SON DƏQİQƏ

Moskva Paşinyanın katibini anlamadı

Tarix:

5-12-2018, 23:30

/ 10 244 dəfə oxundu.
Moskva Paşinyanın katibini anlamadı

Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyanın mətbuat katibi Arman Eqoyanın Yerevanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitinin təxirə salınması ilə bağlı xahiş etmədiyi barədə bəyanatı Moskvada təəccüblə qarşılanıb.

GunAz.az xəbər verir ki, bu barədə tert.am saytının Moskvadakı diplomatik mənbəyə istinadən yaydığı məlumatda deyilir.

Bildirilir ki, Ermənistan tərəfi Rusiya və KTMT-nin digər üzvlərinə müraciət edərək sammitin təxirə salınmasını istəyib.

Məsələyə münasibət bildirən Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə Paşinyanın mətbuat katibinin bəyanatının istər forma, istər də məzmunca narahatlıq doğurduğunu bildirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ