SON DƏQİQƏ
» » Paşinyanın sözçüsünün bəyanatı Kremldə narahatlıq doğurdu

Paşinyanın sözçüsünün bəyanatı Kremldə narahatlıq doğurdu

Tarix:

5-12-2018, 23:10

/ 10 263 dəfə oxundu.
Paşinyanın sözçüsünün bəyanatı Kremldə narahatlıq doğurdu

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan baş naziri vəzifələrinin icraçısı Nikol Paşinyanın mətbuat katibi Arman Yeqoyanın bəyanatının həm forma, həm də məzmun baxımından narahatlıq doğurduğunu bildirib.

GunAz.az xəbər verir ki, Yeqoyan bundan əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının dekabrın 6-da Sankt-Peterburqda keçirilməli olan sammitinin erməni tərəfinin xahişi ilə təxirə salınması barədə sözlərini təkzib edərək, "Ermənistan sammitin təxirə salınmasını təklif etməyib", deyə bildirib.

"Rusiya prezidentinin köməkçisi Uşakovun sözləri təsdiqə ehtiyac duymur, Ermənistan baş naziri vəzifələri icraçısının mətbuat katibinin bəyanatı isə forma və məzmun baxımından narahatlıq doğurur", - deyə Zaxarova söyləyib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ