SON DƏQİQƏ

Tramp: “Mən gömrük vergisi adamıyam”

Tarix:

4-12-2018, 22:33

/ 10 231 dəfə oxundu.
Tramp: “Mən gömrük vergisi adamıyam”

ABŞ prezidenti Donald Tramp Çin ilə imzalanması gözlənilən ticari anlaşma ilə bağlı açıqlama verib.

GunAz.az xəbər verir ki, Tramp Tvitter səhifəsində bildirib ki, o və Çin Xalq Respublikasının Sədri Si Cinpin ticari anlaşmanın bağlanmasını istəyir.

"Çox güman ki, bu anlaşma olacaq. Ancaq yadınızdan çıxmayıbsa mən gömrük vergisi adamıyam. Xaricilər ABŞ-ın zənginliyindən yararlanmaq istəyirsə bunun haqqını ödəməlidirlər. Hazırda gömrük vergilərindən milyardlarla dollar qazanırıq. Amerikanı təkrar zəngin edirik. Əgər Çin ilə ədalətli anlaşma əldə olunarsa sevə-sevə onun altından imzamı qoyacam", deyə Tramp qeyd edib.

скачать dle 12.1

Şərhlər