Dünya liderləri Putinin zirehli avtomobilinə GÖZ DİKDİ - FOTOLAR

Rusiya prezidenti Vladimir Putinin istifadə etdiyi avtomobil bir çox dünya liderinin diqqətini çəkib.

Publika.az xəbər verir ki, xüsusilə, Bəhreyn şeyxi Putinin istifadəsində olan zirehli limuzindən özü üçün də istəyib.

“Sputnik”ə açıqlama verən rəsmi bir qaynaq müxtəlif ölkələrdən sözügedən limuzin üçün müraciətlərin gəldiyini deyib. Lakin avtomobilin geniş istehsalına başlanmadığı və yalnız bir neçə nümunəsinin olduğunu qeyd edib.

Sözügedən “Aurus” adlı avtomobil Rusiyanın NAMI Avtomatika İnstitutu tərəfindən “Kortec” layihəsi çərçivəsində istehsal edilib. Zirehli limuzinin bundan başqa “Komendant” və “Arsenal” kimi daha iki fərqli növü var. Şirkət limuzinin satışına 2019-cu ildə başlayacaq. Qiyməti isə 10 milyon rubldan (250 000 AZN) yuxarı olacaq.

Qeyd edək ki, Vladimir Putin ilk dəfə limuzindən 7 may tarixində prezident vəzifəsinə başlayarkən istifadə edib. Limuzin ABŞ prezidenti Donald Trampla Helsinki şəhərində baş tutan görüş üçün Finlandiyaya aparılmış və beləliklə, ilk dəfə Rusiyadan kənarda istifadə olunmuşdu. Putin daha sonra Argentinadakı G20 zirvəsinə də həmin avtomobilini aparmışdı.

Avtomobil raket və bombaya qarşı tam qorumanı təmin edir.

 

 

скачать dle 10.6фильмы бесплатно
[xfvalue_video]