SON DƏQİQƏ
» » Ərdoğanla Putin bir arada: "Həyati əhəmiyyətli müzakirəmiz oldu"

Ərdoğanla Putin bir arada: "Həyati əhəmiyyətli müzakirəmiz oldu"

Tarix:

1-12-2018, 21:00

/ 10 371 dəfə oxundu.
Ərdoğanla Putin bir arada: "Həyati əhəmiyyətli müzakirəmiz oldu"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında Argentinanın paytaxtı Buenos-Ayresdə təkbətək görüşü olub.

GunAz.az xəbər verir ki, görüş “Böyük İyirmilik” ölkələri liderlərinin sammiti çərçivəsində baş tutub.

Rəcəb Tayyib Ərdoğan G20 çərçivəsində görüşdən son dərəcə məmnun olduğunu vurğulayıb: "Görüşdə həyati əhəmiyyət kəsb edən mövzularda müzakirə aparmaq imkanımız oldu".

Türkiyə prezidenti rusiyalı həmkarına Suriya ilə bağlı daha bir sammitin keçirilməsini təklif edib: “Bu yaxınlarda İstanbulda İdliblə əlaqədar sammit keçirdik. Orada bu problemin həlli istiqamətində atılacaq addımları da müzakirə etdik. Düşünürəm ki, bu məsələ ilə bağlı daha bir sammit keçirmək lazımdır”.

Türkiyə prezidenti ilə İstanbulda görüşünü xatırladan Vladimir Putin iki ölkə arasında mövcud olan bəzi məsələlərin həlli istiqamətində atılan addımları yüksək qiymətləndirib: “Türkiyə müstəqil xarici siyasət yürütdüyünü və etibarlı tərəfdaş olduğunu bir daha təsdiqləyib”, - deyə Vladimir Putin vurğulayıb.

Görüşdə prezidentlər Suriya məsələsi ətrafında da fikir mübadiləsi aparıblar.

 

скачать dle 12.1

Şərhlər