SON DƏQİQƏ
» » İranda genişmiqyaslı əməliyyat - 2,7 ton narkotik aşkarlandı

İranda genişmiqyaslı əməliyyat - 2,7 ton narkotik aşkarlandı

Tarix:

1-12-2018, 08:17

/ 10 443 dəfə oxundu.
İranda genişmiqyaslı əməliyyat - 2,7 ton narkotik aşkarlandı

İran polisinin narkotik maddələrlə mübarizə idarəsinin ötən həftə ərzində keçirdiyi əməliyyat nəticəsində 2 tondan çox narkotik maddə müsadirə olunub.

Polis generalı Əsədulla Hadinejat bildirib ki, İranın müxtəlif bölgələrində keçirilən xüsusi əməliyyatın nəticəsi olaraq 2 ton 676 kiloqram müxtəlif növ narkotik maddə müsadirə olunub. Onun sözlərinə görə, müsadirə olunan narkotik maddələrin çox hissəsini tiryək təşkil edir.

General bildirib ki, müsadirə olunan narkotik maddələr arasında 1 ton 333 kiloqram tiryək, 841 kiloqram həşiş, 512 kiloqram heroin, 384 kiloqram morfin və digər maddələr var. Narkotik maddələrin qaçaqmalçılığı ilə məşğul olan cinayətkar qruplar İran ərazisini tranzit kimi istifadə edərək narkotikləri Avropaya daşımağa çalışırlar. Əməliyyat zamanı həbs olunanlar da var və hazırda istintaq aparılır.

Əfqanistan ilə 900 kilometr sərhədə malik olar İranda bu günə kimi qaçaqmalçılarla mübarizədə 4 mindən çox polis əməkdaşı və sərhəd xidmətçisi şəhid olub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ