SON DƏQİQƏ

Tramp özünü bu məşhura bənzətdi

Tarix:

27-11-2018, 14:16

/ 10 196 dəfə oxundu.
Tramp özünü bu məşhura bənzətdi

ABŞ prezidenti Donald Tramp Missisipi ştatının Tyupelo şəhərində keçirilən mətbuat konfransında çıxış edib.

GunAz.az xəbər verir ki, Tramp çıxışında qeyd edib ki, gənclik dövründə onu Elvis Presli ilə müqayisə ediblər.

“Cavanlığımda açıq saçlarımı nəzərə almasaq, mənə Elvisə oxşadığımı deyirdilər. Buna inana bilərsiniz? Mən hər zaman bunu əla kompliment kimi qəbul etmişəm”, - deyə Tramp bildirib.

“Biz Elvisi sevirik, elə deyilmi?”- deyə Tramp əlavə edib.

Qeyd edək ki, ABŞ prezidenti 16 noyabr tarixində Elvis Preslini ölümündən sonra Azadlıq medalı ilə mükafatlandırıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ