SON DƏQİQƏ
» » Ermənistanda seçki kampaniyasına start verildi - Sərkisyan da qatılır...

Ermənistanda seçki kampaniyasına start verildi - Sərkisyan da qatılır...

Tarix:

27-11-2018, 08:30

/ 10 273 dəfə oxundu.
Ermənistanda seçki kampaniyasına start verildi - Sərkisyan da qatılır...

Ermənistanda 12 gün davam edəcək seçki kampaniyasına start verilib.

GunAz.az xəbər verir ki, dekabrın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri üçün 9 partiya və 2 seçki bloku mübarizə aparır.

Seçkilərin favoriti Baş nazir vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyanın rəhbərlik etdiyi “Mənim Addımım” qrupunun “Vətəndaş Anlaşması” blokudur.

Keçmiş prezident Serj Sərkisyanın rəhbəri olduğu Respublikaçı Partiyası da seçkilərə qatılır. Partiyanın seçki hazırlığına isə keçmiş müdafiə naziri Vigen Sərkisyan rəhbərlik edir.

Son məlumata görə, seçkilərdə 2.574.916 Ermənistan vətəndaşı səs vermək hüququna malikdir.

скачать dle 12.1

Şərhlər