SON DƏQİQƏ

Ukraynada hərbi vəziyyət elan olundu

Tarix:

27-11-2018, 08:34

/ 10 352 dəfə oxundu.
Ukraynada hərbi vəziyyət elan olundu

Ukrayna ərazisində hərbi vəziyyət elan olunub.

GunAz.az xəbər verir ki, Ali Rada müvafiq qərar qəbul edib.

Qərarın lehinə deputatların əksəriyyəti səs verib. 

Hərbi vəziyyət bir ay qüvvədə olacaq. 

Qeyd edək ki, Ukrayna prezidenti Pyotr Poroşenkonun Ali Radaya təqdim etdiyi sənəddə hərbi vəziyyətin müddəti 60 gün göstərilmişdi. 

Xatırladaq ki, noyabrın 25-də Ukrayna hərbi gəmilərinin Kerç boğazına yaxınlaşması Rusiyanın sərt reaksiyasına səbəb olub. Rusiya FTX Ukrayna hərbçilərini ölkənin ərazi sularına daxil olmaqda ittiham edib.

Rusiya Hərbi Dəniz Qüvvələrinin “Don” sərhədçi gəmisi Kerç boğazında Ukrayna gəmisinə çırpılıb. Bəzi məlumatlarda bildirilirdi ki, Rusiya hərbçiləri Ukrayna gəmilərinə atəş açıblar.

Ukrayna tərəfi bəyan edib ki, Rusiya üç gəmini ələ keçirib və bu addımı təcavüz aktı kimi qiymətləndirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ