SON DƏQİQƏ

İrana aramsız yağışlar da ziyana saldı

Tarix:

26-11-2018, 15:27

/ 10 304 dəfə oxundu.
İrana aramsız yağışlar da ziyana saldı

Ötən 3 gün ərzində İranda aramsız yağan yağışlar bir neçə vilayətə ciddi ziyan vurub.

GunAz.az trend -ə istinadən xəbər verir ki, Hörmüzqan vilayətində çayların daşması nəticəsində bir çox kəndlə əlaqə kəsilib, bəzi yerlərə elektrikin verilməsi dayandırılıb.

Kohgiluyə və Boyer Əhməd vilayətində yağış və qar və çayların daşması nəticəsində 100-dən çox kəndlə əlaqə kəsilib.

Xuzistan vilayətində çaylarda suyun səviyyəsi artıb və böyük təhlükənin ola biləcəyi ilə bağlı xəbərdarlıq edilib.

İranın Yardım və Xilasetmə Təşkilatının sözçüsü Murtaza Səlimi deyib ki, 15 vilayətdə, İsfahan, İlam, Buşehr, Tehran, Çahar-Mahal və Bəxtiyari, Xuzistan, Sistan və Bəluçestan, Fars, Kirman, Kirmanşah, Kohgiluyə və Boyer-Əhməd, Gilan, Lorestan, Mazandaran və Həmədan vilayətində sel və daşqınlar baş verib.

скачать dle 12.1

Şərhlər