Türkiyə Vaşinqtona siyahı göndərdi - Bu şəxslər...

Rəsmi Ankara Vaşinqtona səudiyyəli jurnalist Camal Qaşıqçının qətli işi ilə bağlı ekstradisiya edilməli şəxslərin siyahısını təqdim edib.

GunAz.az "Habertürk"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

2017-ci ildən ABŞ-da yaşayan "Washington Post"un əməkdaşı Camal Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda itkin düşüb. Səudiyyə Ərəbistanının rəsmi mətbu orqanı oktyabrın 20-də ölkənin Baş Prokurorluğuna istinadən Camal Qaşıqçının diplomatik missiyanın əməkdaşı ilə dava zamanı öldürülməsi barədə məlumat yayıb.

Baş Prokurorluq Qaşıqçının qətli ilə bağlı 21 nəfərin saxlanıldığını bildirib.

İstanbul Prokurorluğu isə Qaşıqçının əvvəldən planlaşdırılmış şəkildə boğularaq qətlə yetirildiyini və cəsədinin hissələrə ayrıldığını bildirib.(Publika.az)

скачать dle 10.6фильмы бесплатно
[xfvalue_video]