SON DƏQİQƏ

Qabon prezidenti itkin düşüb

Tarix:

19-11-2018, 21:22

/ 10 268 dəfə oxundu.
Qabon prezidenti itkin düşüb

Qabonun prezidenti Əli Bonqo 24 oktyabr tarixində bir konfransda iştirak etmək üçün Səudiyyə Ərəbistanına səfər edib.

GunAz.az xəbər verir ki, bu günə qədər də Bonqodan xəbər almaq mümkün deyil.

Qabon rəsmiləri prezidentin Ər-Riyadda həddən artıq halsız olduğu üçün xəstəxanaya yerləşdirildiyini bildiriblər. Amma Afrika İttifaqı açıqlamanı məqbul saymadığı üçün Qabona heyət göndərib.

Heyət həm ölkədəki siyasi vəziyyət, həm də Bonqonun sağlamlığı ilə bağlı məlumat əldə edəcək. Afrika İttifaqının sədri Bonqonun sağlamlığı ilə bağlı narahatçılıq keçirir.

Bonqonun bəzi səlahiyyətləri qısa müddət əvvəl köməkçisinə həvalə edilib.

скачать dle 12.1

Şərhlər