SON DƏQİQƏ
» » Yüz minlərlə vətəndaşın bank borcu silinəcək

Yüz minlərlə vətəndaşın bank borcu silinəcək

Tarix:

19-11-2018, 14:41

/ 10 287 dəfə oxundu.
Yüz minlərlə vətəndaşın bank borcu silinəcək

Gürcüstan adı qara siyahıda olan 600 mindən çox vətəndaşının banklara olan borcunu silmək barədə qərar qəbul edib.

GunAz.az oxu.az -a istinadən xəbər verir ki, bunu Gürcüstanın baş naziri Mamuka Baxtadze deyib.

“Söhbət banklar, onlayn kredit verən maliyyə təşkilatları və digər maliyyə qurumlarına borcu olan 600 mindən çox insandan gedir. Ümumi məbləğ 1,5 milyard lari (565,3 milyon diollar) təşkil edəcək. Bu gün verilən qərara görə, bizim vətəndaşlarımızın borcu silinəcək”, - deyə Mamuka Baxtadze keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, bu kateqoriyaya 150 min nəfər sosial təminatsız və məhdud imkanları olan vətəndaş daxildir. Borcların sıfırlanması prosesinə dekabrın 15-də başlanılacaq və ayın sonuna qədər bu prosedur davam edəcək.

“Xalqımız yeni ili borcu olmadan qarşılayacaq”, - deyə baş nazir əlavə edib.

скачать dle 12.1

Şərhlər