SON DƏQİQƏ

Keşiş kilsədən 120 min pul oğurladı

Tarix:

19-11-2018, 13:27

/ 10 298 dəfə oxundu.
Keşiş kilsədən 120 min pul oğurladı

Almaniyanın Saksoniya-Anhalt əyalətinin Ballenştadt şəhərindəki bir kilsənin kassasından 120 min avro oğurlanıb.

GunAz.az xəbər verir ki, Maqdeburq Yepiskopluğundan verilən açıqlamaya görə, St. Elizabet katolik kilsəsində çalışan Bernard Qaulitta adlı keşiş polisə müraciət edərək, 120 min avro pul oğurladığını etiraf edib.

Qaulitta internet fırıldaqçılarının tələsinə düşdüyünü, buna görə bu addımı atdığını deyib.

Maqdeburq yepiskopu Qerhard Feyge keşişinin işindən uzaqlaşdırıldığını deyib və bildirib ki, heç kim kilsənin pulunu məqsədləri xaricində istifadə edə bilməz.

Keşiş barədə həm hüquqi, həm də kilsə daxilində araşdırmalara başlanılıb.(oxu.az)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ