SON DƏQİQƏ
» » Kaşıkçının qətlinə görə beş nəfərin edamı tələb edildi

Kaşıkçının qətlinə görə beş nəfərin edamı tələb edildi

Tarix:

15-11-2018, 15:33

/ 10 274 dəfə oxundu.
Kaşıkçının qətlinə görə beş nəfərin edamı tələb edildi

Səudiyyə Ərəbistanında Camal Kaşıkçı cinayət işini aparan prokuror Saud al-Mojeb qətldə ittiham edilərək saxlanılan 11 şübhəlidən beşinin edamını istəyib.

GunAz.az Oxu.az -a istinadla xəbər verir ki, prokuror C.Kaşıkçının ölümündə boğuşma, öldürücü dozada dərman verilməsi faktlarının olduğunu, daha sonra cəsədin parçalara ayrılaraq Konsulluqdan çıxarıldığını vurğulayıb. 

O bildirib ki, Səudiyyə Ərəbistanına dönməsi üçün səylər baş tutmadığından jurnalist öldürülüb.

Xatırladaq ki, “Vaşinqton post” qəzetinin əməkdaşı Camal Kaşıkçı bu il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda öldürülüb. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ