SON DƏQİQƏ
» » Bir gecədə milyonçu oldu - Onu siz də tanıyın

Bir gecədə milyonçu oldu - Onu siz də tanıyın

Tarix:

15-11-2018, 15:24

/ 10 247 dəfə oxundu.
Bir gecədə milyonçu oldu  - Onu siz də tanıyın

Bu insan 25 il eyni rəqəmlərlə loto oynadı, sonunda 344 milyon dollar qazandı.

ABŞ-da Nyu-York şəhərində yaşayan Robert Beyli hər həftə eyni rəqəmlərlə loto oynayıb və düz 25 ildən sonra nəhayət bəxti gətirib.

GunAz.az  xarici mətbuata istinadən xəbər verir ki, Beyli adlı kişi bir gecədə milyonçu olub. 
Belə ki, 67 yaşlı Beyli 27 oktyabrda keçirilən “Powerball” adlı lotoreyada 344 milyon dollar udub.

O bununla yeni bir rekorda da imza atıb. Artıq Robert Beyli Nyu York lotoreya tarixində ən çox pul qazanan şəxsdir.
Onun dediyinə görə, əvvəlcə bu qədər pulu udduğuna inana bilməyib. 

Beyli Amerika Poçt Xidmətində 41 il mühəndis olaraq çalışıb. Daha sonra 2009-cu ildə təqaüdə çıxıb. Robert pulun bir hissəsiylə anasına kiçik torpaq sahəsi alacağını, bir hissəsiylə isə səyahət edəcəyini söyləyib:

"Bəlkə ekzotik bir şey edəcəyəm. Həyatımda bir dəfə də olsun Las-Veqasda olmamışam. Bu pullarla ora getmək fikrim var".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ