SON DƏQİQƏ

ABŞ təhlükəli silahı orduya verir

Tarix:

14-11-2018, 13:37

/ 10 239 dəfə oxundu.
ABŞ təhlükəli silahı orduya verir

ABŞ ordusu bir neçə il ərzində yüksək gücə malik lazer silahları ilə təmin olunacaq.

GunAz.az axar.az -a istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə nazirinin müavini Maykl Qriffin bildirib.

“Fikrimcə, bizi enerji ötürülməsinə hesablanmış hərbi silahların yaradılmasından bir neçə il ayırır. Bu, xüsusən lazer silahlarına aiddir”, - nazir müavini Vaşinqtonda Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində çıxışı zamanı deyib.

Qriffinin sözlərinə görə, bu tip silahların hazırlanması Vaşinqtondan cari maliyyə xərclərinin 3-4 dəfə artırılmasını tələb edəcək. Nazir müavini eyni zamanda ABŞ ordusunun pilotsuz uçuş aparatlarını sıradan çıxara biləcək güclü mikrodalğalı şüalanma vasitəsilə yeni hərbi texnikalar yaratmaq niyyəti barədə danışıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ