SON DƏQİQƏ

Klinton prezidentliyə namizəd olacaq

Tarix:

13-11-2018, 08:00

/ 10 293 dəfə oxundu.
Klinton prezidentliyə namizəd olacaq

ABŞ prezidentliyinə keçmiş namizəd, sabiq dövlət katibi 2020-ci ildə yenidən prezidentliyə namizədliyini irəli sürmək niyyətindədir.

Publika.az xəbər verir ki, bu barədə Hillari Klintonun sabiq müşaviri Mark Penn məlumat verib.

“Vol Strit” jurnalında dərc olunmuş demokrat Endrü Ştaynla birgə məqaləsində M.Penn bildirib ki, “öz işinə və öz adına sadiq olan xanım Klinton sonunadək mübarizə aparacaq. O, əvvəlki seçkilərdə məğlubiyyət kimi “kiçik” bir uğursuzluğun onun Ağ Evə doğru yolunda maneəyə çevrilməsinə imkan verməyəcək... Klinton 2016-cı ildə Prezident Trampa uduzmasının onun siyasi karyerasına son qoymasına yol verməyəcək. Odur ki, xanım Klintonun iştirakı ilə yeni seçkiqabağı mübarizə gözləyin. Ola bilsin, o, bunu Senata seçilmiş demokratların çoxu kimi, indi elan etməyəcək, amma daha sonra, ilkin səsverməyə qədər şəksiz edəcək.

M.Pennin sözlərinə görə, əvvəlki seçkiqabağı kampaniya zamanı hansı addımların yanlış olduğunu təhlil etmək və yeni strategiya hazırlamaq üçün Klintonun 2 il vaxtı olub. Qeyd etmək lazımdır ki, ötən ay Klintonun özü prezident seçkilərinə qatılmaq planları barədə suala yayğın cavab verib. O deyib ki, “seçkiqabağı mübarizə istəməzdi, amma prezident olmaq istərdi”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ