SON DƏQİQƏ

Sarkisyandan seçkilərlə bağlı QƏRAR

Tarix:

11-11-2018, 22:02

/ 10 246 dəfə oxundu.
Sarkisyandan seçkilərlə bağlı QƏRAR

Ermənistanın Respublika Partiyası növbədənkənar parlament seçkilərində iştirak edəcək.

GunAz.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda ölkənin keçmiş müdafiə naziri, partiya üzvü Vigen Sarkisyan jurnalistlərə bildirib.

“Növbədənkənar parlament seçkilərində iştirak etmək barədə qərar qəbul edilib”, – o, partiya rəhbərliyinin keçirdiyi toplantıdan sonra deyib.

O əlavə edib ki, partiya hazırda transformasiya mərhələsindədir və müxalifət partiyası kimi öz təcrübəsindən istifadə etməyə hazırdır.

“Bizdə qısa müddətə seçkilərə hazırlaşmaq imkanları var”, – Sarkisyan qeyd edib.

Qeyd edək ki, Pespublika Partiyasına keçmiş prezident və baş nazir Serj Sarkisyan rəhbərlik edir. Ölkədə növbədənkənar parlament seçkiləri isə dekabrın 9-da keçiriləcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ