SON DƏQİQƏ
» » İspaniyanın baş nazirinə sui-qəsdin qarşısı alındı

İspaniyanın baş nazirinə sui-qəsdin qarşısı alındı

Tarix:

8-11-2018, 23:34

/ 10 246 dəfə oxundu.
İspaniyanın baş nazirinə sui-qəsdin qarşısı alındı

İspaniyanın baş naziri Pedro Sançesi internet vasitəsilə ölümlə təhdid edən şəxs həbs edilib.

GunAz.az xəbər verir ki, onun evində aparılan axtarış zamanı snayper tüfəngləri də tapılıb.

Bu barədə Kataloniya polisi açıqlama verib: “Baş nazir Sançesi öldürmək istəyən şəxs Terrassa şəhərində saxlanılıb”.

Kataloniyanın Ali Məhkəməsi də həbs edilən şəxsin adının Manuel Murillo olduğunu açıqlayıb. Onun haqqında “silahla siyasi hakimiyyətə qarşı fəaliyyətə keçmək, təhdid, nifrət yayma ilə silah, güllə və partlayıcı saxlama” maddəsi ilə cinayət işi açılıb. 63 yaşlı Manuelin evində snayper tüfəngləri də tapılıb.

Xəbərlərə əsasən, o, Sançesi diktaror Fransisko Frankonun sümüklərini qəbirdən çıxartmaq barədə qərarına görə öldürmək istəyib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ