Ermənistanda hərbçilər AYAĞA QALXDI: Aprel döyüşlərində...

2016-cı ildə Azərbaycan Ordusunun qələbəsi ilə nəticlənən “aprel müharibəsi”ndə iştirak etmiş işğalçı ölkənin hərbiçiləri Ermənistan hakimiyyətinə etiraz edirlər.

GunAz.az  Publika -ya istinadən xəbər verir ki, döyüşlərdə iştirak edən erməni əsgərlərin hərbi biletlərinə bu haqda heç nə qeyd olunmayıb. Bu onların dövlətdən maddi yardımlar almasının qarşısını kəsir.


Ermənistanda “aprel müharibəsi” iştirakçılarının “Post” adlı təşkilatının rəhbəri Manuel Manukyan deyir ki, əsgərlərə verilən hərbi bileti “qaralamaya” çevirdilər: “Əvvəlcə hərbi biletdə müharibə iştirakçısı olaraq yazılıb, sonra yuxarıdan əmr gəldi və bu qeydi qırmızı rənglə boyayaraq, sildilər. Bununla bağlı qanunu əsas gətirirlər. Qanuna görə, döyüşdə 30 gün iştirak edənlər müharibə iştirakçısı hesab olunur. Hərçənd, “aprel müharibəsi” gözənilməz başlandı və qısa çəkdi. Bu, o demək deyil ki, bu uşaqlar döyüşməyiblər. Cəbrayılda döyüşən uşaqların bəzilərinin hərbi biletinə iştirakçı olduğu yazılıb, bəzilərinə yox. Halbuki, bu uşaqlar qaçmadılar, döyüşdülər, öldülər, yaralandılar”.

Manuel Manukyan qeyd edir ki, döyüşlər başa çatandan sonra iştirakçıların hərbi biletlərinə heç nə yazmadılar.

“Məqsəd onların mülki həyatda nəzərdə tutulan imtiyazlardan istifadə etməsinin qarşısını almaqdır”, - deyə o bildirib.

скачать dle 10.6фильмы бесплатно
[xfvalue_video]