SON DƏQİQƏ

Trampın məsləhətçisi Azərbaycana gəlir

Tarix:

19-10-2018, 12:47

/ 10 280 dəfə oxundu.
Trampın məsləhətçisi Azərbaycana gəlir

ABŞ prezidentinin məsləhətçisi Rudi Culiyani Cənubi Qafqaza səfər edəcək.

GunAz.az xəbər verir ki, səfərin tarixi məlum olmasa da, Culiyaninin Azərbaycan, Ermənistan və Gürcüstanda olacağı bildirilib.

Səfərin bu ilin sonunadək baş tutacağı ehtimal edilir.

2001-ci il sentyabrın 11-də Nyu-York ştatının qubernatoru olan Culiyanin bölgəyə hansı məqsəd üçün gəldiyi açıqlanmır.

Amerikalı milyarder Corc Soros Nyu-York ştatında baş vermiş terror aktından sonra onu “Dəccal”adlandırmışdı.

Qeyd edək ki, oktyabrın 20-dən ABŞ prezidentinin müşaviri Con Boltonun bölgə dövlətlərinə səfəri başlayacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ